Dmitri Medvedev: «Məqsədimiz Türkiyə ilə tamamilə vizasız bir rejimə keçməkdir»

Dmitri Medvedev: «Məqsədimiz Türkiyə ilə tamamilə vizasız bir rejimə keçməkdir»
# 12 may 2010 20:20 (UTC +04:00)
Bakı-APA. Rusiya prezidenti Dmitri Medvedev Türkiyə ilə Rusiya arasında uzunmüddətli perspektivdə tamamilə vizasız rejimə keçməyi qarşılarına məqsəd kimi qoyduqlarını bildirib.

Medvedev «Rixos Otel»də keçirilən «Türkiyə-Rusiya Federasiyası Biznes Forumu»nda etdiyi çıxışında imzalanan anlaşmanın bir başlanğıc olduğunu bildirərək, «Biz uzunmüddətli perspektivdə tamamilə vizasız bir rejimə keçməyi qarşımıza məqsəd qoymuşuq», deyə qeyd edib.

«Türkiyə ilə Rusiya arasında iqtisadi əlaqələrin yaxşı səviyyədə olmasından narahatlıq keçirən birisi bu salona girdiyində, bizim ölkələrimiz arasında yüksək səviyyədə əməkdaşlıq olduğunu görə bilər», deyən Medvedev sözlərini «Türkiyə ziyarətimin bu forumla bitməsindən çox sevindiricidir», ifadəsi ilə davam etdirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR