Naxçıvanda kredit götürənlərin sayı 43%-ə yaxın artıb

Naxçıvanda kredit götürənlərin sayı 43%-ə yaxın artıb
# 21 sentyabr 2015 07:09 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 52 mln. 892 min manatdan çox kredit verilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu da 2014-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 42,9% çoxdur.

1 sentyabr 2015-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 46021-ə çatıb ki, bunun da 42267-si və ya 91,8%-i aktiv hesablardır. 2015-ci ilin yanvar-avqust aylarında açılmış 7791 bank hesabının 7737-si və ya 99,3%-i aktiv hesablar olub.

Qeyd olunan dövrdə muxtar respublikada 147 POS-terminal quraşdırılıb və bu göstərici 1 sentyabr 2015-ci il tarixə 1014-ə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR