“Günəşli” yatağında xəsarət alan neftçilərdən biri evə buraxılıb

“Günəşli” yatağında xəsarət alan neftçilərdən biri evə buraxılıb
# 23 dekabr 2015 08:18 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. SOCAR-ın “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində xəsarət alaraq Mərkəzi Neftçilər Xəstəxanasına (MNX) yerləşdirilən neftçilərdən biri evə buraxılıb.

MNX-nın mətbuat katibi Aytən Fətəliyeva APA-ya bildirib ki, xəstəxanada olan neftçilərin müalicəsi davam etdirilir. Onun sözlərinə görə, neftçi Mahal Yusifov müalicəsi baş çatdığı üçün evə buraxılıb: “Hazırda xəstəxanada olan 9 neftçinin müalicəsi davam edir”.

Qeyd edək ki, dekabrın 4-də baş verəm qəzada 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR