Hacıqabulda baş verən avtoqəzada bir nəfər ağır xəsarət alıb

Hacıqabulda baş verən avtoqəzada bir nəfər ağır xəsarət alıb
# 19 mart 2016 20:11 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı-APA. Qəzada xəsarət alan sərnişinin onurğa sümüyü sınıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, avtoqəza saat 20.20 radələrində Bakı-Qazax magistralının 98-ci kilometrliyində Hacıqabul rayonunun Nəvahı kəndi ərazisində qeydə alınıb. Sabirabad rayonu Qaratəpə kənd sakini, 1991-ci il təvəllüdlü Rəsulov Ələkbər Əbdülrəhim oğlunun idarə etdiyi “Azsamand” markalı 90 AE 130 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişin Sabirabad rayonu Qaratəpə kənd sakini, 1998-ci il təvəllüdlü Rəsulzadə Aqşin Aqil oğlu ağır xəsarətlərlə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, Aqşin Rəsulzadəyə onurğa sümüyünün qapalı sınığı diaqnozu qoyulub. Hazırda xəstənin Bakı şəhərinə göndərilməsi gözlənilir.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR