Salyan sakini işıq dirəyindən yıxılaraq ölüb

Salyan sakini işıq dirəyindən yıxılaraq ölüb
# 16 may 2016 17:56 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı – APA. Salyan sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.



APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayonun Aşağı Kürkənd sakini, 1961-ci il təvəllüdlü Axundov Cəmaləddin Əjdər oğlu işıq dirəyindən yıxılıb.

O, Salyan Rayon Xəstəxanasına çatdırılsa da, daxili orqanlarının zədələnməsi səbəbindən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR