DSMF-nin gəlir və xərcləri 229 mln. manata yaxın artırılır

DSMF-nin gəlir və xərcləri 229 mln. manata yaxın artırılır
# 17 fevral 2016 13:07 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2016-cı il üçün büdcəsinin gəlir və xərcləri artırılır.

"APA-Economics" xəbər verir ki, bu, "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında" qanununa dəyişikliklər layihəsində öz əksini tapıb.

Qanun layihəsində DSMF-nin bu il üçün gəlir və xərcləri 3 307 360 000 manat səviyyəsində nəzərdə tutulub. Qeyd edək ki, bu, 2016-cı ilin təsdiqlənmiş dövlət büdcəsində nəzərdə tutulandan 228 789 900 manat çoxdur.

Qanun layihəsinə əsasən, bu il DSMF-nin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaları 2 054 990 000 manat, büdcədən maliyyələşən təşkilatlar üzrə 658 000 000 manat, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 89 750 000, digər sığortaedənlər üzrə 1 294 740 000 manat nəzərdə tutulub.

Sənəddə, bu il üçün dövlət büdcəsindən ayırmalar, yəni transfertlərin proqnozu 1,1 mlrd. manatdan 1 246 000 000 manata qədər artırılıb.

Fondun 2016-cı il büdcəsinin xərcləri əhaliyə ödənişlər üzrə 3 238 950 000 manat, o cümlədən əmək pensiyalarının ödənilməsi üzrə 3 136 100 000 manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərə 102 850 000 manat, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 22 000 000, hamiləliyə və doğuşa görə 27 500 000, uşağın anadan olmasına görə 7 780 000 manat, 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar 13 100 000 manat, dəfn üçün 17 200 000 manat, işsizliyə görə 15 270 000 manat, pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri 21 000 000 manat proqnozlaşdırılıb.

Xatırladaq ki, Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üçün büdcəsinin gəlirləri 3 078 570 100 manat, xərcləri 3 078 570 100 manat məbləğində müəyyənləşdirilmişdi.

2016-cı ilin təsdiqlənmiş büdcəsində Fondun xərcləri əhaliyə ödənişlər üzrə 3 011 145 000,0 manat, o cümlədən əmək pensiyalarının ödənilməsi üzrə 2 923 588 000 manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərə 87 557 000 manat, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 21 723 100, hamiləliyə və doğuşa görə 27 144 100, uşağın anadan olmasına görə 7 070 300 manat, 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar 9 757 300 manat, dəfn üçün 15 594 100 manat, işsizliyə görə 6 268 000 manat, pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri 20 015 100 manat proqnozlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR