AZAL Bakı-Barselona-Bakı reysini bərpa edir

AZAL Bakı-Barselona-Bakı reysini bərpa edir
# 29 yanvar 2016 12:08 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Azərbaycan Hava Yolları” (AZAL) 18 iyun tarixindən etibarən Bakıdan Barselonaya müntəzəm aviareysləri bərpa edir.

AZAL-ın mətbuat xidmətidən “APA-Economics”ə verilən məlumata görə, Bakı-Barselona-Bakı marşrutu üzrə birbaşa uçuşlar hər həftənin şənbə günləri yerinə yetiriləcək.

Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş Bakı vaxtı ilə səhər saat 07:00-da, El-Prat Beynəlxalq Hava limanına enmə, yerli vaxtla saat 09:45-də olacaq.

Barselonadan uçuş isə yerli vaxtla saat 11:00-da, Heydər Əliyev Beynəlxalq hava Limanına enmə isə Bakı vaxtı ilə saat 19:10-da baş tutacaq. Bakı-Barselona-Bakı marşrutu üzrə aviabiletin qiyməti 381 avrodan başlayır.

Barselona - İspaniyanın muxtar vilayəti Kataloniyanın paytaxtı və böyük dəniz limanlarından biridir. Barselonada Avropa rahatlığı və aktiv şəhər həyatı, zəngin infrastruktur və mədəni təmtəraq bir-biri ilə uzlaşır.

Bakı-Barselona-Bakı reysi biznes və ekonom salonlu müasir, komfortlu “Airbus A319” laynerləri ilə həyata keçiriləcək.

Biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür. Reys çərçivəsində AZAL Miles bonus proqramından istifadə etmək olar. Proqram haqqında məlumatı bu linkdə əldə etmək olar http://www.azal.az/az/azal-miles

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR