Ağdamda 21 yaşlı gənc bıçaqlanıb - FOTOSESSİYA

Ağdamda 21 yaşlı gənc bıçaqlanıb - <span style="color: red;">FOTOSESSİYA
# 25 sentyabr 2016 15:05 (UTC +04:00)

Ağdam.Ziya Əmirxanlı-APA. Ağdamda kütləvi dava zamanı bir nəfər bıçaqlanıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Zəngişalı kəndində qeydə alınıb.

Gənclər arasında baş verən münaqişə 21 yaşlı Baxşalıyev Teymur Həsən oğlunun bıçaqlanması ilə nəticələnib. T.Baxşalıyev Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, T.Baxşalıyev əməliyyat olunub, vəziyyəti orta ağırdır.

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları davada iştirak edənlərin və T.Baxşalıyevi bıçaqlayanın kimliyini araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR