Şeyxülislam: “Taleh Bağırzadə kimi adamlar Azərbaycan dövlətini yıxmaq istəyirlər”

Şeyxülislam: “Taleh Bağırzadə kimi adamlar Azərbaycan dövlətini yıxmaq istəyirlər”
# 12 dekabr 2015 10:41 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Heydər məscidində Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar keçirilən anım mərasimində deyib.



O bildirib ki, ətrafda olan bəzi dövlətlər Azərbaycanın firavanlığını həzm edə bilmir: “Bu gün Azərbaycanın inkişafını istəməyən qüvvələr bizim daxilimizdə din amilindən istifadə edib çaxnaşma salmaq istəyirlər. İslam qardaşlıq dinidir. Mən çoxlu dövlətlərdə olmuşam. Biz şükür etməliyik ki, ölkəmizdə firavanlıq hökm sürür, bu firavanlığı qoruyub saxlamalıyıq. Bəzi qanunlar qəbul edilirsə, qanunlara əlavə və dəyişiklik edilirsə, deməli belə məsləhətdir. Hər dövlət öz təhlükəsizliyini qorumalıdır”.


QMİ sədri Azərbaycan prezidenti İlham Əliyevin Nardaran qəsəbəsinin inkişafına 12 milyon manat pul ayırmasına da münasibət bildirib: “Bəziləri deyir ki, guya Nardaranı istəmirlər. Amma cənab prezident Nardaranın inkişafı üçün 12 milyon manat pul ayırıb. Xüsusən biz dindarlar bu münasibətə qiymət verməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR