Nardaranda 60-dan çox şəxs barəsində inzibati qaydada həbs tədbiri seçilib

Nardaranda 60-dan çox şəxs barəsində inzibati qaydada həbs tədbiri seçilib
# 11 yanvar 2016 07:30 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bakının Nardaran qəsəbəsində ümumilikdə 60-dan çox şəxs barəsində inzibati qaydada həbs tədbiri seçilib.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən xəbərə görə, hazırda inzibati qaydada həbs olunan 15 Nardaran sakini Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılır.

Məlumata görə, inzibati qaydada həbs olunan şəxslərdən 50-dən çoxu artıq azadlığa buraxılıb.

Qeyd edək ki, ötən il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR