Ankarada partlayışlar baş verib, ölənlər və yaralananlar var - VİDEO

Ankarada partlayışlar baş verib, ölənlər və yaralananlar var - <span style="color: red;">VİDEO
# 10 oktyabr 2015 09:36 (UTC +04:00)

Bakı – APA. Türkiyənin paytaxtı Ankara şəhərində bəzi həmkarlar təşkilatlarının mitinq təyin etdiyi dəmir yolu stansiyası yaxınlığında 2 partlayış baş verib.

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, KESK, DİSK, TMMOB və TTB həmkarlar təşkilatları bu günə “Barış Mitinqi” təyin edib. Mitinqə qatılmaq üçün Gənclik Parkında insanları toplaşmağa başlayarkən ardıcıl 2 partlayış baş verib. Nəticədə çoxlu sayda insanın öldüyü və yaralandığı xəbər verilir.

Partlayışı terrorçu kamikadzenin törətdiyi bildirilir. "Milliyet"in yaydığı ilkin məlumata əsasən təxminən 20 nəfər ölüb. Təşkilat komitəsi mitinqi ləğv edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR