Pakistanda naməlum şəxslər hərbi konvoyu atəşə tutub, ölənlər var

Pakistanda naməlum şəxslər hərbi konvoyu atəşə tutub, ölənlər var
# 26 avqust 2016 00:22 (UTC +04:00)

Bakı-APA. Pakistanın Belucistan əyalətində naməlum silahlı şəxslər hərbi konvoyu atəşə tutub, nəticədə 6 nəfər ölüb, 2 nəfər yaralanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Qvadar dairəsində baş verib. Ölənlərdən beşi hərbçi, biri isə vergi müfəttişidir, yaralılardan biri zabit, digərisi isə sıravi əsgərdir.

İnsidentdə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR