İrəvanda mitinq keçirilib, azı 10 etirazçı saxlanılıb

İrəvanda mitinq keçirilib, azı 10 etirazçı saxlanılıb
# 05 avqust 2016 00:53 (UTC +04:00)

Bakı-APA. İrəvanın mərkəzindəki Azadlıq meydanında polis alayının binasına hücum etmiş silahlı qrupa dəstək mitinqi keçirilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, aksiyadan sonra etirazçılar şəhərin mərkəzi küçələrində yürüş keçiriblər. Aksiya iştirakçıları hökumət əleyhinə və silahlı qrupa dəstək şüarları səsləndiriblər.

NEWS.am-ın xəbərinə görə, aksiya zamanı 10-dan çox etirazçı saxlanılaraq polis şöbələrinə aparılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR