Liviya sahillərində 1,7 mln. litr qaçaqmal yanacaq daşıyan tanker saxlanılıb, heyət üzvləri arasında Azərbaycan vətəndaşları var

Liviya sahillərində 1,7 mln. litr qaçaqmal yanacaq daşıyan tanker saxlanılıb, heyət üzvləri arasında Azərbaycan vətəndaşları var
# 14 fevral 2016 01:13 (UTC +04:00)

Bakı - APA. Liviyanın sahil mühafizə qüvvələri 1,66 mln. litr qaçaqmal dizel yanacağı daşıyan “Captain Khayyam” tankeri saxlanılıb. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, saxlanılan tanker Liviya paytaxtı Tripolidəki dəniz bazasına gətirilib.

“Sahil mühafizə qüvvələri ərazidə patrul xidməti çəkərkən göyərtəsində 1,66 mln. litr dizel yanacağı olan tanker saxlayıb”, - deyə Liviya sahil mühafizə qüvvələrinin nümayəndəsi Əbu Acil bildirib.

O həmçinin əlavə edib ki, saxlanılan 12 nəfərdən ibarət heyət üzvləri arasında Türkiyə, Azərbaycan və Ukrayna vətəndaşları var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR