Göyçayda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Göyçayda iki avtomobil toqquşub, xəsarət alanlar var - <span style="color: red;">FOTO
# 15 oktyabr 2015 07:23 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə saat 01:30 radələrində Göyçay şəhərinin Mehdi Hüseynzadə küçəsində qeydə alınıb. Göyçay rayon sakini, 1972-ci il təvəllüdlü Asif Məmmədovun idarə etdiyi “QAZel” markalı yük avtomobili ilə qarşı tərəfdən gələn, Çərəkə kənd sakini, 1967-ci il təvəllüdlü Vüqar İsmayılova məxsus “VAZ 21015” markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR