AŞPA-da Azərbaycanla bağlı yeni məruzəçi təyin olunub

AŞPA-da Azərbaycanla bağlı yeni məruzəçi təyin olunub
# 07 mart 2016 13:03 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli - APA. Bu gün AŞPA-nın İnsan hüquqları və hüquqi məsələlər komitəsinin Parisdə keçirilən iclasında qurumun Azərbaycanla bağlı yeni məruzəçisi təyin olunub.

APA-nın Avropa bürosunun xəbərinə görə, belçikalı parlamentar Alen Destekse AŞPA sədri Pedro Aqramuntun yerinə Azərbaycanda insan haqları üzrə məruzəçi vəzifəsinə seçilib.


Qeyd edək ki, AŞPA-nın 2014-cü ilin iyun sessiyası çərçivəsində qurumun İnsan hüquqları komitəsində “Azərbaycanın Avropa Şurasında sədrliyi: Bunun insan haqlarına təsiri nə olacaq?” adlı sənəd qəbul olunmuşdu və bu məsələnin araşdırılması üçün Pedro Aqramunt Azərbaycanda insan hüquqları üzrə məruzəçi təyin edilmişdi. Bu ilin yanvarında Pedro Aqramunt AŞPA sədri vəzifəsinə seçildiyindən, məruzəçi vəzifələrində fəaliyyətini dayandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR