Ötən il Cənubi Qafqaz Boru Kəmərinə çəkilən xərcin həcmi açıqlanıb

Ötən il Cənubi Qafqaz Boru Kəmərinə çəkilən xərcin həcmi açıqlanıb
# 29 fevral 2016 13:13 (UTC +04:00)

Bakı - APA-Economics. 2015-ci ildə Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə bağlı fəaliyyətlərə təqribən 47,5 mln. dollar əməliyyat xərcləri və 1,1 mlrd. dollar əsaslı xərclər sərf edilib.

"BP-Azərbaycandan" şirkətindən "APA-Economics"ə verilən məlumata görə, bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib, Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır.

2015-ci il ərzində CQBK-nin gündəlik orta ötürücülüyü 18,6 mln. kubmetr qaz olub.

Qeyd edək ki, 2014-cü ildə CQBK ilə bağlı fəaliyyətlərə təqribən 50 mln. dollar əməliyyat xərcləri və 900 mln. dollar əsaslı xərclər sərf edilib.

CQBK-nın iki operatoru var - BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (28,8%), AzCQBK (10%), Cənub Qaz Dəhlizi Midstrim (6,7%), Petronas (15,5%), LUKOYL (10%), NİKO (10%) və TPAO (19%).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR