Almaniya xüsusi xidmət orqanları Ketrin Eştonu izləyib

Almaniya xüsusi xidmət orqanları Ketrin Eştonu izləyib
# 27 fevral 2016 04:10 (UTC +04:00)

Bakı-APA. Almaniya federal kəşfiyyat xidməti (BND) Avropa İttifaqı diplomatiyasının keçmiş rəhbəri Ketrin Eştonu izləyib.

APA-nın xəbərinə görə, bu barədə “Spiegel” nəşri məlumat yayıb.

Məlumata əsasən, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə sabiq nümayəndəsi 2009-ci ildən etibarən bir neçə il ərzində izlənməyə məruz qalıb.

Qeyd edək ki, ötən il Almaniya federal kəşfiyyat xidməti tərəfindən 2013-cü ilədək Avropa İttifaqı ölkələrinin səfirlilikləri və digər müttəfiq ölkələrin təsisatlarının izlənməsinin üstü açılmışdı.

Almaniya kəşfiyyatı tərəfindən izlənməyə məruz qalanlar arasında ABŞ Dövlət Departamenti, ABŞ-ın Sudandakı səfirliyi və Əfqanıstandakı yüksək rütbəli amerikalı hərbçilər də olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR