Bakıda avtomobil piyadanı vurub

Bakıda avtomobil piyadanı vurub
# 27 fevral 2016 02:14 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Bu gecə Bakıda avtomobil piyadanı vurub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Pirallahı rayonunda baş verib.

Şəxsiyyəti hələlik müəyyən edilməmiş sürücünün idarə etdiyi avtomobil yolu keçmək istəyən piyada, 19 yaşlı Mətanət Səmədovanı vurub. Gənc qız müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerinə təcili tibbi yardım birqadası çağırılıb. Yaralı 3 Saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Pirallahı Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Piyadanı vuran avtomobilin müəyyənləşdirilməsi və sürücünün tapılması istiqamətinə əməliyyat-axtarış tədbirləri görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR