Bakı. Türbət Bağırova - APA. “Azərbaycan rusiyalı turistlər üçün Misir və Türkiyə kurortlarını əvəz etməyə hazırdır”.
APA-nın ”lenta.ru” ya istinadən verdiyi xəbərə görə, bunu Azərbaycan Turizm Assosiasiyasının komitə rəhbəri Ayxan Əlləzli bildirib. “Azərbaycan artıq turistik məkanlarının rusiyalı turistlər arasında məşhurlaşdırılması istiqamətində iş aparır. Bizim turist şirkətləri Azərbaycanı reklam etmək üçün müxtəlif rus şirkətləri ilə görüşür” - deyə o, əlavə edib.
A. Əlləzli qeyd edib ki, Türkiyə hələ də rusiyalı turistlər arasında məşhurluğunu qoruyub saxlayır: "Bu həm xüsusi təkliflər, həm də yerli otellərin rusiyalılara təklif etdiyi endirimlərlə bağlıdır".