DGK sədri Göygöldə vətəndaşları qəbul edib

DGK sədri Göygöldə vətəndaşları qəbul edib
# 23 sentyabr 2016 10:14 (UTC +04:00)

Göygöl. Azər Məmmədli - APA. Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Göygöl şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

APA-nın yerli bürosunun məlumatına görə, qəbulda bölgədə yerləşən - Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən və Şəmkir rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı A. Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR