Minskdə Uzeyir Hacıbəyovun yaradıcılıq axşamı keçirilib

Minskdə Uzeyir Hacıbəyovun yaradıcılıq axşamı keçirilib
# 16 mart 2016 15:54 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Belarus Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş musiqi axşamı keçirilib.

Mərkəzdən APA-ya verilən məlumata görə, açılış mərasimində mərkəzin rəhbəri Salatın Mirzəyeva çıxış edərək bildirib ki, Üzeyir Hacıbəyli Azərbaycanın dahi bəstəkarlarından biridir: "Onun yaradıcılıq irsi nəinki Azərbaycanda, həm də onun hüdudlarından kənarda çox aktualdır”.

Tədbirdə Ü. Hacıbəyovlinin yaradıcılıq yolu, zəngin irsi barədə məlumat verilib. Onun bütün müsəlman şərqində ilk operanın yaradıcısı olduğu vurğulanıb. Qonaqlara bəstəkarın Şuşa şəhərində keçirdiyi uşaqlıq dövrü ilə bağlı qısametrajlı film nümayiş etdirilib. “O olmasın, bu olsun” komediyasından kompozisiya ifa olunub. Musiqiçi Anna Kuliçova “Arazbarı” lirik rəqsini icra edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR