Sabahdan Bakı-Sumqayıt marşrutu ilə elektrik qatarlarının hərəkət cədvəl qüvvəyə minəcək

Sabahdan Bakı-Sumqayıt marşrutu ilə elektrik qatarlarının hərəkət cədvəl qüvvəyə minəcək
# 14 sentyabr 2015 16:35 (UTC +04:00)

Sabahdan Bakı-Sumqayıt marşrutu ilə elektrik qatarlarının hərəkət cədvəl qüvvəyə minəcək

Bakı-Rammiz Mikyaıloğlu-APA. Sentyabr ayının 12-də Bakı-Sumqayıt marşrutu ilə ikimərtəbəli elektrik qatarları hərəkətə başla və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilk elektrik qatarının yola salınması mərasimində iştirak edib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar CəmiyyətiMətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, elektrik qatarları sentyabrın 12, 13 və 14-də sərnişinlərə pulsuz xidmət göstərib.

Sabahdan, yəni sentyabr ayının 15-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə elektrik qatarlarının hərəkət cədvəli qüvvəyə minəcək. Elektrik qatarları Bakı sərnişin, Keşlə, Biləcəri, Xırdalan və Sumqayıt marşutu üzrə hərəkət edəcək. Qatarlar Baki sərnişin stansiyasından saat 5:10, 5: 30, 6:50, 16: 00, 17: 25, 18: 25 və 19:25-də, Sumqayıt sərnişin stansiyasından 6:40, 7: 10, 7:55, 17:10, 18:30, 19:30 və 20: 30-da yola düşəcək.

Bakı sərnişin, Biləcəri və Sumqayıt sərnişin stansiyalarında post-terminallar və turnitketlər quraşdırılıb. Elektrik qatara biletləri həm avtomatik köşklərdən, həm də kassalardan almaq mümkündür. Bakı-Sumqayıt marhrutu üzrə 8 elektrik qatarı fəaliyyətdə olacaq. Bunlardan üçü “Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodunda istehsal olunmuş KİSS markalı ikimərtəbəli elektrik qatarı, beşi isə Riqada əsaslı təmir olunaraq ölkəmizə gətirilmiş elektrik qatarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR