ABŞ Rusiya ilə Suriya üzrə əməkdaşlığı dayandırmağa hazırlaşır

ABŞ Rusiya ilə Suriya üzrə əməkdaşlığı dayandırmağa hazırlaşır
# 28 sentyabr 2016 19:03 (UTC +04:00)

Bakı – APA. ABŞ Rusiya ilə Suriya üzrə ikitərəfli əməkdaşlığı dayandırmağa hazırlaşır.

APA-nın xəbərinə görə, bu barədə “Röyters”in ABŞ Dövlət Departamentinə istinadən yaydığı məlumatda deyilir.

Bildirilir ki, Vaşinqton Suriya üzrə birgə mərkəzin fəaliyyətini dayandırmaq istəyir.

ABŞ dövlət katibi Con Kerri artıq bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrovu məlumatlandırıb.

Dövlət Departamentinin bəyanatında qeyd olunur ki, müvafiq addımlar Rusiya Suriya ordusunun Hələb şəhərinə doğru irəliləməsini dayandırmayacağı halda atılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR