Rüfət Quliyev seçicilərlə görüşüb

Rüfət Quliyev seçicilərlə görüşüb
# 19 oktyabr 2015 15:16 (UTC +04:00)

Namizədin seçki qərargahından APA-ya verilən məlumata görə, 73 saylı Lənkəran şəhər Seçki Dairəsindən deputatlığa namizəd Rüfət Quliyev seçki dairəsinə daxil olan Göyşaban kəndində seçicilərlə görüş keçirib.

Göyşaban Mədəniyyət Evində keçirilən görüşdə 300-dən artıq seçici iştirak edib. Seçicilər qarşısında çıxış edən Rüfət Quliyev son 5 ildə göstərdiyi fəaliyyət barədə ətraflı məlumat verib və seçicilərin etimadını doğrultmağa çalışdığını vurğulayıb. Sonra deputatlığa namizəd platformasını açıqlayıb.

Görüşdə çıxış edənlər - Hacı Mərafət Musayev, Ədalət Babayev və başqaları deputatın fəaliyyətinin təqdirəlayiq olduğunu qeyd edərək gələcək fəaliyyətində ona uğurlar arzulayıblar. Sonda yenə də çıxış edən deputatlığa namizəd respublikada hökm sürən sabitlik üçün ölkə başçısına öz minnətdarlığını bildirib, bir iqtisadçı alim kimi Azərbaycanda sahibkarlar, iş adamları üçün yaradılmış münbit şəraitdən, dünyanı bürüyən iqtisadi və maliyyə böhranına baxmayaraq, ölkə iqtisadiyyatının dinamik inkişafından bəhs edib, seçicilərin çoxsaylı suallarını cavablandırıb. R. Quliyev deputat seçiləcəyi təqdirdə ölkənin ali qanunverici orqanında seçicilərini yenə ləyaqətlə təmsil edəcəyini söyləyib.

Görüş seçicilərin yüksək çoşqusu şəraitində başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR