Bakı. Hafiz Heydərov – APA. Abşeron sakini dərman zəhərlənməsindən ölüb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə noyabrın 3-də Abşeron rayonunun Mehdiabad qəsəbəsində qeydə alınıb. Orada yaşayan Hədiyyə Hacıyeva dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.