Qubada baş verən yanğında ata və oğlu xəsarət alıb

Qubada baş verən yanğında ata və oğlu xəsarət alıb
# 23 avqust 2016 10:01 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Quba rayonunda baş verən yanğında 2 nəfər xəsarət alıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 22-də saat 16 radələrində Quba rayonunun Qımıl-Qazma kənd sakini Elşən Ramazanova məxsus yardımçı təsərrüfatda yanğın baş verib. Nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Yanıq xəsarəti almış E.Ramazanov və atası Ramazan xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR