“Azərsun Holdinq” qanvermə aksiyası keçirib

“Azərsun Holdinq” qanvermə aksiyası keçirib
# 03 iyun 2016 08:35 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Azərsun Holdinq”də hər il olduğu kimi “Siz qan verməklə başqalarına həyat verirsiniz!” şüarı altında qanvermə aksiyası keçirilib.

Holdinqdən “APA-Economics”ə verilən xəbərə görə, Mərkəzi Qan Bankı ilə birgə təşkil

edilən sosial aksiya şirkətlər qrupunun mədəniyyət mərkəzində keçirilib.

Qanvermədə holdinqin 500-dən artıq əməkdaşı iştirak edib. Donor şəxslərə tibbi xidmət göstərilib və toplanılan qan Səhiyyə Nazirliyinin mərkəzi qan bankına təhvil verilib.

Qanvermə aksiyasında iştirak edən Holdinqin İdarə Heyətinin üzvü Tahir Gözəl qan verməklə müxtəlif xəstəliklərdən əziyyət çəkən insanları xilas etməyin mümkün olduğunu bildirib və hər kəsi bu cür aksiyalara qatılmağa dəvət edib.

Qeyd edək ki, ölkəmizin qeyri-neft sektorunun aparıcı şirkətlərindən olan “Azərsun Holdinq” artıq 10 ildir ki, ənənəvi qanvermə aksiyası keçirməklə yüzlərlə insanın öz sağlamlığına qovuşmasına dəstək verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR