Sabah Moskvada Xəzərin statusu ilə bağlı işçi qrupun iclası keçiriləcək

Sabah Moskvada Xəzərin statusu ilə bağlı işçi qrupun iclası keçiriləcək
# 06 iyun 2016 15:47 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. İyunun 7-də Moskvada Xəzərin hüquqi statusu ilə bağlı xüsusi işçi qrupun iclası keçiriləcək.

Rusiya Xarici İşlər Nazirliyindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək görüşə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikovun sədrlik edəcək.

Görüşə Azərbaycandan xarici işlər nazirinin müavini Xələf Xələf qatılacaq.

Görüşün qapalı keçəcəyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR