Xızıda avtobusun aşması nəticəsində ağır xəsarət alan şəxs komadan ayılıb

Xızıda avtobusun aşması nəticəsində ağır xəsarət alan şəxs komadan ayılıb
# 31 may 2016 14:11 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Xızıda avtobusun aşması nəticəsində xəsarət alan 15 nəfərin müalicəsi Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında davam etdirilir.

Sumqayıt şəhər Səhiyyə şöbəsinin əməkdaşı Xalidə Quliyeva APA-ya deyib ki, hazırda yalnız bir nəfər - Talıbov Vaqif İlyas oğlu reanimasiyadadır. Həmin xəstə artıq komadan ayılıb və vəziyyəti stabil ağırdır. Digər xəstələr isə palatada müalicələrini davam etdirir. Onların bir neçə gündən sonra evə buraxılması nəzərdə tutulur.

Xəsarət alanlardan iki nəfər isə Klinik Tibbi Mərkəzdə müalicə olunur. Mərkəzin baş həkiminin müavini Adil Salahov APA-ya bildirib ki, xəstələrin müalicəsi davam etdirilir. 2005-ci il təvəllüdlü Nigar Kazımlının vəziyyəti nisbətən yaxşılaşsa da, reanimasiya saxlanılır: "Onların evə buraxılması üçün hələ tezdir və bir müddət stasionar şəraitdə müalicə almalıdırlar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR