Güclü yağış Bakıda fəsadlar törədib

Güclü yağış Bakıda fəsadlar törədib
# 29 sentyabr 2016 01:23 (UTC +04:00)

Bakı-APA. Sentyabrın 28-də axşam saatlarında Bakıya güclü yağış yağıb.

APA-nın məlumatına görə, yağış nəticəsində paytaxtın bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolub, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

Yağış iş saatının sonunda gücləndiyindən yollarda uzun tıxaclar yaranıb, bəzi maşınlar suda batıb. Xüsusilə Ziya Bünyadov prospektində yolun hərəkət hissəsini su basdığından, prospektdə hərəkət bir neçə saat tam dayanıb.

Bakı Beynəlxalq Avtovağzalının yeraltı dayanacağını da su basıb.

Yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub. Maşınlarda köməksiz qalan insanlar xilas edilib, küçə və prospektlərdən su çəkilib.

Gecə saatlarında Bakının bütün küçə və prospektlərində nəqliyyatın hərəkəti bərpa olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR