"DəmirBank"a "Smart Campaign" sertifikatı təqdim edilib

"DəmirBank"a "Smart Campaign" sertifikatı təqdim edilib
# 19 fevral 2016 14:50 (UTC +04:00)

Bakı - APA-Economics. "DəmirBank" ABŞ-ın nüfuzlu “Smart Campaign” təşkilatının “Müştəri Mühafizəsi Sertifikatına” layiq görülüb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, sertifikatın təltifetmə mərasimi 17 fevral 2016-cı il tarixində “Kempinski” otelində baş tutub. Sertifikat “Smart Campaign” təşkilatının nümayəndəsi Daniel Balson tərəfindən “DəmirBank”ın İdarə Heyəti sədrinin müavini Azər Hümbətova təqdim olunub.

Tədbirdə D. Balson qeyd edib ki, “DəmirBank” sertifikatı bir ildən artıq “Smart Campaign”lə birgə reallaşdırılan “Müştəri Mühafizəsi üzrə Sertifikat” layihəsinin nəticəsi olaraq alıb. Həmçinin, D. Balson bildirib ki, “DəmirBank” “Smart Campaign”in yeddi müştəri mühafizəsi prinsiplərinə cavab verir. Layihənin məqsədi maliyyə məhsullarında qiymət, şərait və şərtlər baxımından şəffaflığı təmin etmək, bank məhsullarının müştərilərin tələbatına uyğun olaraq hazırlanması və çatdırılması, artıq borcalmanın qarşısının alınması, müştəri məlumatlarının məxfiliyinin qorunması üçün istifadə edilməsini təmin etməkdir.

Öz növbəsində Azər Hümbətov vurğulayıb ki, “DəmirBank” bir çox qayda və prosedurlara dəyişiklik edərək hazırda “Smart Campaign” təşkilatının 95 standartının hamısına cavab verir.

Bu iş bəzi hallarda müştərilərin xeyrinə gəlirlərdən imtina etmək hesabına başa gəlsə də, müştəri məmnuniyyətinin və maraqlarının daha üstün tutulduğunu və “DəmirBank”ın gələcəkdə də bu istiqamətdə fəaliyyətini genişləndirəcəyini bildirib.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi : (012) 149

http://www.demirbank.az

www.facebook.com/demirbank.az

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR