Ötən il Azərbaycan beynəlxalq maliyyə təşkilatları ilə 747 mln. dollarlıq 3 kredit sazişi imzalayıb

Ötən il Azərbaycan beynəlxalq maliyyə təşkilatları ilə 747 mln. dollarlıq 3 kredit sazişi imzalayıb
# 03 mart 2016 15:44 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ildə müxtəlif beynəlxalq maliyyə-kredit təşkilatları, eləcə də donor ölkələrlə müxtəlif layihələri maliyyələşdirmək məqsədilə dövlət zəmanəti əsasında 747,1 mln. ABŞ dolları məbləğində 3 kredit sazişi imzalanıb.

APA-Economics” xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatda əks olunub.

Hesabat dövründə Çexiya Banklar qrupu -Societe-Generale ilə 458,86 mln. avro məbləğində 1 kredit sazişi, Sumitomo Mitsui Bank Korporasiyası-Mizuho Bankı ilə 132 mln. avro dəyərində 1 kredit sazişi və “Societe-Generale” Bankı ilə 85,37 mln. avro məbləğində 1 kredit sazişi imzalanıb.

Bu kreditlər müasir nəqliyyat infrastrukturu şəbəkəsinin formalaşdırılması istiqamətində tədbirlərin tərkib hissəsi olan qərb istiqamətində (Bakı-Tiflis-Qars) dəmir yolu xəttinin Azərbaycan ərazisində 600 km-lik hissəsi üzrə zəruri tamamlama işlərinin, “Azərsky” peyk sisteminin və əlaqədar yerüstü infrastrukturun satınalmasının, I Avropa Oyunlarının başlamasınadək 202 ədəd “Neoplan” markalı və 151 ədəd “İveco Urbanvay” markalı iritutumlu avtobusların satın alınaraq Azərbaycana gətirilməsinin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR