Şəmkirdə 26 yaşlı qadın özünə bıçaqla xəsarət yetirib

Şəmkirdə 26 yaşlı qadın özünə bıçaqla xəsarət yetirib
# 28 oktyabr 2015 06:20 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkir rayon sakini bıçaqla özünə xəsarət yetirib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Seyfəli kənd sakini, 1989-cu il təvəllüdlü Rəqsanə Nağıyeva bədənin müxtəlif hissələrinin kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə Şəmkir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən qadının vəziyyəti orta-ağır qiymətləndirilir.

Yaxınlarının dediyinə görə, R. Nağıyeva ruhi əsəb xəstəliyindən əziyyət çəkir və bu səbəbdən də özü özünü bıçaqlayıb.


Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR