ƏMDK qeyri-yaşayış sahələrinin icarəyə verilməsi üzrə müsabiqə elan edib

ƏMDK qeyri-yaşayış sahələrinin icarəyə verilməsi üzrə müsabiqə elan edib
# 07 avqust 2017 08:19 (UTC +04:00)

“Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2007-ci il tarixli, 586 nömrəli Fərmanına və 22 iyun 2010-cu il tarixli, 284 nömrəli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”na müvafiq olaraq Əmlak Məsələləri Dövlət Komitəsi aşağıda göstərilən qeyri-yaşayış sahələrinin (obyektlərin) icarəyə verilməsi üzrə müsabiqə elan edir.

Komitədən “APA-Economics”ə verilən xəbərə görə, müsabiqədə daşınmaz dövlət əmlakını icarəyə götürmək hüququna malik olan (qanunvericiliklə məhdudiyyət müəyyən edilmiş hallar istisna olmaqla) yerli və xarici fiziki və hüquqi şəxslər iştirak edə bilərlər.

Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər daxilində maksimum həcmdə icarə haqqı təklif etmiş sifarişçiyə üstünlük veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR