Azərbaycan-İsrail hökumətlərarası komissiyasının 1-ci iclası keçiriləcək

Azərbaycan-İsrail hökumətlərarası komissiyasının 1-ci iclası keçiriləcək
# 02 may 2018 16:14 (UTC +04:00)

“Çox tezliklə Azərbaycan və İsrail arasında hökumətlərarası komissiyanın birinci iclası olacaq”.

Bunu keçirdiyi mətbuat konfransında İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib.

D. Stav bildirib ki, iclas İsraildə keçiriləcək. O qeyd edib ki, iclas barədə qərar baş nazir Benyamin Netanyahunun Azərbaycana səfəri zamani verilib: “İclasın sonunda protokol imzalanacaq və gələcək əməkdaşlıq istiqamətləri müəyyənləşəcək. Azərbaycan tərəfdən komissiyanın sədri vergilər naziri Mikayıl Cabbarov, İsrail tərəfdən isə ekologiya və Yerusəlim naziri Zeev Erkindir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR