Məhkəmə 100-dən çox qoyunu mənimsəyən iki çoban barəsində axtarış elan edib

Məhkəmə 100-dən çox qoyunu mənimsəyən iki çoban barəsində axtarış elan edib
# 22 dekabr 2016 08:40 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Əliş Abdulov və Mikayıl Əndəlifov məhkəmə prosesinə gəlmədikləri üçün onların barəsində axtarış elan olunması və həbs qətimkan tədbiri seçilməsi barəsində qərar qəbul edilib.

Məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Dövlət ittihamçısı ötən prosesdə çıxış edərək Əliş Abdulov, Mikayıl Əndəlifov, Seymur Zahidovun hər birinə 10 il, Cabir Nərimanovun 6 il 6 ay, baytar həkim Mirhüseyn Zayidovun isə 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, təqsirləndirilən şəxslər Güzdək Qoyunçuluq Sovxozunda çoban işləyiblər. Onlar fermer təsərrüfatına məxsus 100-dən çox qoyunu mənimsəməkdə ittiham olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR