Şəmkir-Gədəbəy yolunda zəncirvari qəza baş verib, xəsarət alanlar var

Şəmkir-Gədəbəy yolunda zəncirvari qəza baş verib, xəsarət alanlar var
# 02 dekabr 2016 20:49 (UTC +04:00)

Şəmkirdə 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunda qeydə alınıb.

Qarşı qarşıya hərəkətdə olan “VAZ 2107” və “Ford” markalı avtomobillər toqquşub. Hərəkətdə olan “Mercedes”də qəzaya uğrayan “VAZ”a çırpılıb. Hadisə zamanı avtomobillərdə olan 3 nəfər xəsarət alıb. Onlardan iki nəfərin vəziyyəti ağır, bir nəfərinki isə normal qiymətləndirilir.

Yaralılar Şəmkir və Gəncədə olan xəstəxanalara yerləşdirilib. Qəzaya dumanlı hava şəraiti səbəb olub.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR