Bakı-2015: Qadın voleybolçularımız Hollandiya yığmasına 3:0 hesabla qalib gələrək yarımfinala adlayıb - VİDEO - YENİLƏNİB

Bakı-2015: Qadın voleybolçularımız Hollandiya yığmasına 3:0 hesabla qalib gələrək yarımfinala adlayıb - <span style="color: red;">VİDEO  - <span style="color: red;">YENİLƏNİB
# 23 iyun 2015 19:31 (UTC +04:00)

Bu gün Bakı-2015 I Avropa Oyunlarında qadın voleybolçular arasında 1/4 final mərhələsinin oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, baş tutan 4 oyunun nəticəsinə əsasən, yarımfinalçılar müəyyənləşəcək.

1/4 final mərhələsinə Polşa – Almaniya oyunu ilə start verilib. Oyun Polşa yığmasının qalibiyyəti ilə yekunlaşıb – 3:2. Ardından Azərbaycanın yer aldığı qrupu lider kimi tamamlayan Türkiyə digər qrupun dördüncüsü olan Rusiyanı məğlub edib – 3:1.

Daha sonra meydana yığma komandamız çıxıb. Aleksandr Çervyakovun yetirmələri digər qrupun ikincisi olmuş Hollandiya komandasına qalib gəlib - 3:0.

Voleybol

23 iyun

Qadınlar

1/4 final

Polşa - Almaniya - 3:2 (25:23, 25:17, 18:25, 14:25, 15:10)

Türkiyə - Rusiya - 3:1 (25:18, 23:25, 25:22, 25:19)

Azərbaycan – Hollandiya - 3:0 (25:21, 25:23, 25:14)

Belçika – Serbiya - 2:3 (22:15, 25:19, 14:25, 25:21, 17:19)

Qeyd edək ki, Azərbaycan millisi yarımfinalda Türkiyə komandası ilə görüşəcək. Xatırladaq ki, bundan əvvəl Azərbaycan -Türkiyə qarşılaşması türklərin qələbəsi ilə yekunlaşmışdı (0:3).

Yarımfinala ilk vəsiqənin sahibi isə Polşa olub. Almaniyanı tay-brekdə məğlub edən polşalılar növbəti matçda Serbiya komandası ilə görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR