GÜNÜN ŞƏRHİ
Devalvasiya neqativ, ya pozitiv proses deyil. İxracat imkanları geniş olan ölkələrdə devalvasiya ixracatı stimullaşdırmaq üçün ən önəmli vasitələrdən biridir. Dünyada iqtisadi böhrandan ən az zərər görən on ölkənin hamısı ixracat potensialı yüksək olan dövlətlərdir. Bu mənada rəsmi Pekinin milli valyutanı mərhələli şəkildə zəiflətməsi Çin mallarının dünya bazarında mövqeyinin daha da möhkəmlənməsinə hesablanıb. Kursu sabit saxlamaq ölkəyə milyardlara başa gəlsə də, Çin ixracatı genişləndirmək hesabına bu itkiləri kompensasiya edə biləcək. Digər tərəfdən 10 illik fasilədən sonra yuanın kursunun nisbətən sərbəst buraxılması Çinə Beynəlxalq Valyuta Fondu qarşısında əlavə üstünlük verir. Yuanı dünyanın 5 əsas dönərli valyutası sırasına daxil etmək istəyən Çinin əleyhinə olan tək arqument pulun kursunun sabit, dəyişməz olması idi. Çin ilk devalvasiya ilə Beynəlxalq Valyuta Fondunun bu arqumentini alt-üst edib, növbəti devalvasiya planları isə fondun “dəyişməz kurs” bəhanəsinin üstündən birdəfəlik xətt çəkəcək. Çinin maraqları baxımından devalvasiya ciddi problemlər yaratmır, lakin yuanın “üzməyə” başlaması Cənub-Şərqi Asiya regionunda təlatüm yaratmağa qadirdir. İlk devalvasiyadan sonra Çin iqtisadiyyatı ilə sıx bağlılığı olan Vyetnam, Cənubi Koreya, Qazaxıstan və digər bir neçə ölkə də məcburən öz valyutalarını dəyərdən salmalı oldu. Başqa sözlə desək, Çindəki devalvasiya domino prinsipi ilə digər ölkələri də bu addımı atmağa vadar etmişdi. İndi də Çin iqtisadiyyatı ilə sıx əlaqəsi olan ölkələrdə növbəti devalvasiyaların baş verəcəyini istisna etmək olmaz. Bu həftə dünya iqtisadiyyatında maraqlı proseslərin şahidi olacağıq.
Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 10 Sentyabr
10 sentyabr 2015 17:10 (UTC +04:00)
Sosial
Növbəti köç karvanı Laçının Sus kəndinə çatıb - YENİLƏNİB-1 - FOTO - VİDEO
17:02
24 may 2024
Nazir müavini: Zorakılığa məruz qalmış uşaqların reabilitasiyası üçün 14 müəssisə fəaliyyət göstərir
16:53
24 may 2024
Azərbaycan və Moldova Daxili İşlər nazirlikləri arasında saziş imzalanıb
16:47
24 may 2024
Amerikalı siqaret çəkənlər alternativ vasitələrə keçirlər – “The Wall Street Journal”
15:58
24 may 2024