Novorossiysk limanından neft nəqli dayandırılıb

Novorossiysk limanından neft nəqli dayandırılıb
# 03 avqust 2017 09:48 (UTC +04:00)

Əlverişsiz hava şəraiti əlaqədar Novorossiysk limanından neft nəqli dayandırılıb.


"APA-Economics" "Interfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Transneft" şirkətinin müşaviri İqor Demin bildirib.


"Ötən gündən etibarən Novorossiyskdə qasırğa başlanıb. Bütün işlər dayandırılıb. Küləyin gücü saniyədə 15 metrə çatıb. Tankerlərdən biri dayanıb. Bunadək yüklənən digər tanker isə güclü külək səbəbindən limandan çıxa bilmir", - deyə o qeyd edib.


Onun sözlərinə görə, qasırğa növbəti həftənin bazar ertəsi başa çatacaq.


Qeyd edək ki, SOCAR bu ilin yanvar-iyul ayları ərzində Novorossiysk limanından 733 min 664 ton xam neft ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR