Lionel Messi daha bir rekorda imza atıb

Lionel Messi daha bir rekorda imza atıb
# 24 noyabr 2016 02:28 (UTC +04:00)

"Barselona" futbol klubunun hücumçusu Lionel Messi növbəti rekorda imza atıb.

APA-nın “Pasion Futbol”-a istinadən xəbərinə görə, Çempionlar Liqasının qrup mərhələsində, “Seltik”-lə ilə matçda dubl edən Messi beynəlxalq klub turnirlərində 100 qol vuran ilk futbolçu olub.

Onlardan 92-ni Messi Çempionlar Liqasında, 5-i klublararası dünya çempionatında, 3-ü isə Avropa Superkubokunda vurub.

Qeyd edək ki, Qlazqonun “Seltik Park” stadionunda keçirilən görüşdə “Barselona” 2:0 hesabı ilə qalib gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR