Türkiyə Aİ-yə üzv olmağın məqsədəuyğunluğuna dair referendum keçirə bilər

Türkiyə Aİ-yə üzv olmağın məqsədəuyğunluğuna dair referendum keçirə bilər
# 25 mart 2017 21:33 (UTC +04:00)

Türkiyə Avropa İttifaqına üzvlüyü ilə əlaqədar danışıqların davam etdirilməsinin məqsədəuyğun olub-olmamasına dair referendum keçirə bilər.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada çıxışı zamanı bildirib.

“16 aprel referendumundan sonra biz Aİ-yə üzvlüklə əlaqədar danışıqların davam etdirilməsinin məqsədəuyğunluğuna dair referenduma adlaya bilərik”, - deyə Ərdoğan bildirib.

Son zamanlar Türkiyə-Aİ münasibətlərində gərginlik müşahidə edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR