Gəncə şəhər Ruhi-Əsəb dispanserində ölüm hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, orada müalicə alan, 1937-ci il təvəllüdlü Hüseyn Mahmud oğlu Hüseynov otağında ölü tapılıb.
Onun ölümünün səbəblərini müəyyənləşdirmək üçün müvafiq ekspertiza təyin edilib.
Faktla bağlı araşdırma aparılır.