Şimali Koreyanın buraxdığı raket 500 km uçaraq, dənizə düşüb

Şimali Koreyanın buraxdığı raket 500 km uçaraq, dənizə düşüb
# 12 fevral 2017 04:36 (UTC +04:00)

Şimali Koreyanın buraxdığı raket 500 km uçaraq, Yapon dənizinə düşüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Koreya hərbi komandanlığından bildirilib.

“Buraxılan raketin orta mənzilli “Musudan” və ya kiçik mənzilli “Nordon” tipli raket olduğu ehtimal olunur”, - deyə mənbə bildirib.

Raket Şimali Koreyanın Phönan-Pukto əyalətindəki kosmodromdan yerli vaxtla saat 07.55-də buraxılıb (Bakı vaxtı ilə 02.55-də). Raketin uçuş trayektoriyası hələlik müəyyənləşməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR