Dərman istehsalı müəssisələrində çalışan işçilərə dair tələblər açıqlanıb

Dərman istehsalı müəssisələrində çalışan işçilərə dair tələblər açıqlanıb
# 26 yanvar 2018 13:00 (UTC +04:00)

Azərbaycanda dərman istehsalı müəssisələrində bütün işçilər işə götürüldükləri zaman Əmək Məcəlləsinə uyğun olaraq tibbi müayinədən keçməlidir.

APA-nın məlumatına görə, bu, Səhiyyə Nazirliyinin Kollegiyasının təsdiq etdiyi və yanvarın 23-dən qüvvəyə minən “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”də əksini tapıb.

Dərman vasitələrinin istehsalına dair tələblərin sistemi əczaçılıq keyfiyyət sistemi, işçi heyət barədə tələblər, sahələr və avadanlıqlar, sənədləşmə, istehsal, keyfiyyətin yoxlanılması, müəssisədən kənar fəaliyyətlər (autsorsinq), şikayətlər, keyfiyyətə dair qüsurlar və məhsulun geri çağırılması və özünütəftiş struktur elementlərindən ibarətdir. İşçi heyət barədə tələblərə əsasən, istehsalçı tərəfində işçilərin məhsulun keyfiyyətinə təsir edə biləcək sağlamlıq vəziyyətləri barədə məlumatlı olduğunu təmin edən təlimatlar hazırlanmalıdır. İşçi heyətin ilkin tibbi müayinəsindən sonra mütəmadi olaraq müvafiq tibbi müayinələr keçirilməlidir. İstehsalçı, yoluxucu xəstəlikləri və ya bədəninin örtülməyən hissələrində açıq yaraları olan işçilərin dərman vasitələrinin istehsalına buraxılmaması istiqamətində lazımi tədbirlər görməlidir. İstehsal sahəsinə daxil olan istənilən şəxs görəcəyi işə uyğun qoruyucu geyimlər geyinməlidir. İstehsalat və saxlanma zonalarında qida qəbulu, içmək, çeynəmək, siqaret çəkmək, həmçinin qida və tütün məhsullarının, içkilərin və şəxsi istifadə üçün olan dərman vasitələrinin saxlanmasına yol verilməməlidir. Ümumilikdə istehsalat və məhsulun keyfiyyətinə mənfi təsir edə biləcək digər sahələrdə gigiyenik tələblərə uyğun olmayan hər hansı davranış yolverilməzdir.

İşçilər açıq məhsulla, eləcə də avadanlığın məhsulla birbaşa təmasda olan istənilən hissəsi ilə təmasdan qaçmalıdır. İşçi heyət əllərin yuyulması qaydalarını bilməlidir. Steril dərman vasitələri kimi xüsusi qrup dərman vasitələrinə olan tələblər Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən müvafiq əlavədə verilmişdir. Məsləhətçilər cəlb olunduqları fəaliyyətə dair müvafiq təhsilə, təlimə və təcrübəyə malik olmalıdırlar. Məsləhətçilərin adları, ünvanları, ixtisası və göstərdikləri xidmət növü qeyd olunmalı və saxlanmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR