Bu il Azərbaycan Gürcüstandan 6 min tona qədər şaftalı idxal edib

Bu il Azərbaycan Gürcüstandan 6 min tona qədər şaftalı idxal edib
# 25 iyul 2017 16:54 (UTC +04:00)

Cari ilin yarısında Azərbaycan Gürcüstandan 5,853 ton şaftalı idxal edib.

APA-nın Gürcüstan bürosu ölkənin Kənd Təsərrüfatı Nazirliyinin məlumatına istinadla xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 44% çoxdur

Ümumilikdə Gürcüstandan ixrac olunmuş şaftalının 76%-i Rusiya, 14%-i Azərbaycan, 4%-i isə Qazaxıstanın payına düşür.

Ermənistan və Ukrayna da gürcü şaftalısının idxalçıları arasındadır.

Qeyd olunan dövr ərzində Gürcüstandan ixrac olunmuş şaftalının ümumi dəyəri 2,2 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR