Həsən Ruhani zəlzələ zonasına səfər edəcək

Həsən Ruhani zəlzələ zonasına səfər edəcək
# 13 noyabr 2017 13:34 (UTC +04:00)

İranın daxili işlər naziri, ordu və SEPAH komandirləri zəlzələ baş verən bölgəyə ezam olunublar.

APA-nın Tehran bürosunun məlumatına görə, prezident Həsən Ruhani də sabah Kirmanşaha səfər edəcək.

İran Qırmızı Aypara Cəmiyyətinin qüvvələri Kirmanşahda xəstəxanalar yaralılarla dolduğu üçün yaralıları hərbi nəqliyyat təyyarələri ilə Tehrana daşıyır. Ən çox tələfat və dağıntı Kirmanşah əyalətinin Sərpol Zəhab şəhərində baş verib. Bu şəhərdə infrastruktura ciddi ziyan dəyib. Şəhər məktəblərinin 50 faizi dağılıb.

Zəlzələ nəticəsində ölənləri ümumi sayı 372 nəfərə çatıb və 6000-dən çox insan yaralanıb. İran Səhiyyə Nazirliyi dəfələrlə əhalini qan verməyə çağırıb. Hazırda ölkənin müxtəlif şəhərlərində qanvermə aksiyaları keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR