Hüquq-mühafizə orqanlarının qadın əməkdaşları üçün seminar keçirilir

Hüquq-mühafizə orqanlarının qadın əməkdaşları üçün seminar keçirilir
# 12 mart 2019 11:13 (UTC +04:00)

Avropa İttifaqının Mobilaze proqramı çərçivəsində hüquq-mühafizə orqanlarının qadın əməkdaşları üçün seminar keçirilir.

ONA xəbər verir ki, 3 günlük seminarın açılış mərasimində çıxış edən Xarici İşlər Nazirliyi Humanitar və Sosial məsələlər idarəsinin humanitar məsələlər şöbəsinin müdiri Şəfa Qasımova bildirib ki, Mobilaze layihəsi bu ilin iyul ayında başa çatsa da nazirlik layihənin ikinci hissəsinin həyata keçirilməsində maraqlıdır.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin müşaviri Simona Gatti bildirib ki, Mobilaze layihəsinin əsas tərəfdaşları XİN, Dövlət Miqrasiya xidməti, Dövlət Sərhəd xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Onun sözlərinə görə, Azərbaycanda 10 min qadın bu layihədən faydalanır.

Seminarda dövlət orqanlarının qadın nümayəndələri, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəsmiləri, Çexiyadan və Latviyadan ixtisaslaşmış ekspertlər, Latviyanın Azərbaycandakı səfiri Juris Maklakovs iştirak edib.

Seminarın məqsədi Azərbaycanın sərhəd və miqrasiya idarəçiliyi orqanlarından qadın əməkdaşları məlumat mübadiləsi üçün bir araya gətirmək, eləcə də istər qurumlararası, istərsə də qurum daxilində onların gündəlik vəzifələrinin icrasının səmərəliliyini artırmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR