Millət vəkili Novruz Aslanov İsmayıllıda seçiciləri ilə görüşüb

Millət vəkili Novruz Aslanov İsmayıllıda seçiciləri ilə görüşüb
# 07 avqust 2015 09:36 (UTC +04:00)

Bakı – APA. Millət vəkili Novruz Aslanov İsmayıllı rayonunda ənənəvi qəbulunu keçirib.

Millət vəkilinin qərargahından APA-ya verilən məlumatına görə, qəbulda 20-ə yaxın sakin iştirak edib.

Sakinlər tərəfindən qaldırılan məsələlər əsasən şəxsi məişət problemləri ilə bağlı olub. Bir neçə məsələ yerindəcə həll edilib.

Sakinlərdən biri uşağının nitqində qüsur olduğu üçün deputatdan kömək istəyib. N. Aslanov həmin uşağın müalicəsi üçün loqoped mərkəzlərinin birinə müraciət edib və uşağın təmənnasız müalicəsinin təşkil olunmasına dair razılıq alınıb.

Qeyd edək ki, N. Aslanov hər həftə seçiciləri ilə görüşmək məqsədilə İsmayıllı rayonuna səfər edir. Qəbullar həm İsmayıllı şəhərindəki ofisində, həm də kəndlərdə təşkil olunur. 2015-ci ilin yanvar ayından bu günədək 30-a yaxın belə səfər həyata keçirilib. Bu ənənə deputatlıq fəaliyyəti dövründə hər il davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR